Modern.az

Millimizin bayraqdarı Elmar Qasımov kimdir? - FOTOLAR

Millimizin bayraqdarı Elmar Qasımov kimdir? - FOTOLAR

11 İyun 2015, 15:14

I Avropa Oyunlarının açlış mərasimində Azərbaycan milli komandasının bayrağını daşımaq şərəfi cüdoçu Elmar Qasımova həvalə olunub. 24 yaşlı cüdoçumuz 100 kiloqrama qədər çəki dərəcəsində dünyanın ən perspektivli idmançılarından sayılır. Modern.az millimizn iyunun 12-dəki açılış mərasimdə bayraqdarı olacaq Elmar Qasımov barədə qısa informasiya və qazandıqları zəfərlər barədə fotolar təqdim edir.

Elmar Qasımov 1990-cı noyabrın 2-də anadan olub. “Atilla” idman klubunun yetirməsi kimi cüdoçumuz ilk böyük zəfərini 2009-cu ildə Ermənistanın paytaxtı Yerevanda keçirilən turnirdə qazanıb. Gənclər arasında Avropa Çempionatına qatılmaq üçün Yerevana gedən 19 yaşlı Elmar Qasımov öz çəki dərəcəsində (100 kiloqrama qədər) bütün rəqiblərini məğlub edərək Azərvbaycana qızıl medal gətirmişdi. Yarışların keçirildiyi Yerevanm İdman Kompleksindəki bütün tamaşaçılar Azərbaycan himnini ayaq üstə dinləməyə məcbur olmuşdu.

2012-ci ildə böyüklər arasında Avropa Çempionatında bürünc, 2013-cü ildə Türkiyənin Samsun şəhərində cüdo üzrə Qran-Pri yarışlarında gümüş, 2014-cü il Avropa Çempionatında gümüş, 2014-cü il Tbilisi və Budapeştdə keçirilən Qran-Pri yarışlarında isə bürünc medal qazanıb.

2015-ci il Elmar Qasımov üçün xüsusi ilə uğurlu keçib. O 2015-ci il Tbilisi və Samsun Qran-Pri turnirlərində 100 kiloqrama qədər olan cüdoçular arasında qızıl medal qazanıb.

Avropa Oyunlarında qızıl medala əsas iddialılardan olan Elmar Qasımovun Azərbaycan bayrağını açılış mərasimində daşıdığı kimi, yarışlarda da yüksəklərə qaldıracağına ümid etmək olar.         


















Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu