Modern.az

Kişilərin 53 faizi böyrək çatışmazlığından əziyyət çəkir

Kişilərin 53 faizi böyrək çatışmazlığından əziyyət çəkir

Aktual

14 Yanvar 2022, 14:47

“Xraoniki böyrək xəstəliyi statistik olaraq bir milyon əhaliyə hesablanır. Müqayisə üçün demək istəyirəm ki, inkişaf etmiş ölkələrdə Yaponiya, Almaniya, Amerika kimi ölkələrində bir milyon əhaliyə təxminən 1000-1800 böyrək çatışmazlığı olan xəstə düşür”.

 

Modern.az xəbər verir ki,  bu barədə Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev məlumat verib.

 

Onun sözlərinə görə, Azərbaycanda bu rəqəm təxminən 560-600 nəfər civarındadır:

 

“Bu xəstələrin təxminən 40-45 faizi konservativ müalicə effekt vermədiyi halda, hemodializ müalicəsinə yönəldilirlər”.

 

F.Babayev qeyd edib ki, böyrək çatışmazlığı xəstəliyinin cinsi ayrı-seçkiliyi yoxdur:

 

“Azərbaycan reallığına əsasən kişilərdə bu xəstəliyə daha çox rast gəlinir. Ölkədə böyrək çatışmazlığından əziyyət çəkən kişilər 53 faiz təşkil edir".

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?