Türkiyə Avropanın Vahid Ödəniş Zonasına (SEPA) qoşulmaq üçün rəsmi müraciət edib.
Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqı ilə Türkiyə arasında keçirilən Yüksək Səviyyəli İqtisadi Dialoqun yekunlarına dair birgə bəyanatda bildirilib.
Məlumata görə, Ankara Avropa Ödəniş Şurasına (EPC) məktub göndərərək SEPA-ya qoşulmaq niyyətini ifadə edib.
SEPA sistemi üzv ölkələr arasında bank köçürmələrinin daha sürətli, sadə və vahid qaydalarla həyata keçirilməsinə imkan yaradır.