Modern.az

Paşinyan Ermənistanın Türkiyə üzrə nümayəndəsini dəyişir: kim olacaq?

Paşinyan Ermənistanın Türkiyə üzrə nümayəndəsini dəyişir: kim olacaq?

Aktual

Bu gün, 13:27

Ermənistan parlamentinin hazırkı vitse-spikeri Ruben Rubinyan qanunverici orqanın sədri seçiləcəyi təqdirdə Ermənistan–Türkiyə münasibətlərinin normallaşdırılması prosesində Ermənistanın xüsusi nümayəndəsi vəzifəsində qalmayacaq.

Modern.az xəbər verir ki, Rubinyan bunu jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.

“Mən parlamentin sədri vəzifəsinə namizəd irəli sürülmüşəm, əgər bu vəzifəyə seçilsəm, təbii ki, Türkiyə ilə danışıqlarda Ermənistanın xüsusi nümayəndəsi olaraq qalmayacağam”, – deyə Rubinyan bildirib.

Onu həmin vəzifədə kimin əvəz edə biləcəyi ilə bağlı suala cavabında Rubinyan hazırda bu barədə məlumatının olmadığını deyib.

“Mənə məlum olduğu qədər, hələ bunun kim olacağı müəyyənləşməyib. Təbii ki, qərarı Baş nazir və hökumət verəcək”, – deyə vitse-spiker qeyd edib.

"Vətəndaş müqaviləsi" Partiyası İdarə Heyəti qapalı gizli səsvermə yolu ilə Ruben Rubinyanı Ermənistan parlamentinin yeni sədri vəzifəsinə namizəd irəli sürüb. O, hazırda vitse-spiker vəzifəsini tutur və eyni zamanda Ermənistan ilə Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesində Ermənistanın nümayəndəsidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada