Modern.az

UNEC-də qış imtahan sessiyasının ilk “Açıq qapı” günü keçirilib

UNEC-də qış imtahan sessiyasının ilk “Açıq qapı” günü keçirilib

Aktual

15 Yanvar 2022, 11:29

UNEC-də 2021/2022-ci tədris ilinin qış imtahan sessiyasının ilk “Açıq qapı” günü keçirilib.


Açıq qapı”da rektor professor Ədalət Muradov, UNEC İctimai Nəzarət Şurasının sədri, deputat Etibar Əliyev, deputat Arzu Nağıyev, Modern Media Qrupunun baş direktoru, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı, “Təhsil Şurası” İctimai Birliyinin sədri, professor Hikmət Əlizadə və universitetin müvafiq struktur rəhbərləri qəbula yazılan 2 tələbənin imtahanla bağlı müraciətini dinləyiblər.


Modern.az xəbər verir ki, tələbələrin müraciətləri digər ali təhsil müəssisəsində fənnin kreditinin qazanlmasına icazə verilməsi və fənni dinləmədən təkrar imtahanın təşkili barədə olub. Müraciətlər dinlənildikdən sonra yerindəcə həllini tapıb.


İctimai Nəzarət Şurasının üzvləri imtahanla bağlı müraciətlərin azlığını UNEC-də tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan islahatların müsbət nəticəsi kimi qiymətləndiriblər.


Xatırladaq ki, növbəti “Açıq qapı” günü yanvarın 22-də keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər