Modern.az

Qala Qoruğuna etno-tur təşkil olundu - FOTOLAR

Qala Qoruğuna etno-tur təşkil olundu - FOTOLAR

Aktual

22 Mart 2022, 13:30

21 mart 2022-ci il tarixində xalqımızın qədim milli adət-ənənələrini özündə birləşdirən Novruz bayramı münasibətilə Qala Qoruğunda etno-tur təşkil olunub.

 

Modern.az xəbər verir ki, tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Idarə heyətinin sədri Şahin Seyidzadə, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət vəkilləri Rauf Əliyev, Soltan Məmmədov, şəhid ailələri, qazilər, rayon ağsaqqaları iştirak ediblər.

 

Qonaqlar açıq səma altında yerləşən Arxeoloji-Etnoqrafik Muzey Kompleksində dulusçuluq, xalçaçılıq, daşoyma kimi qədim sənət nümunələri ilə tanış olub, həmçinin qədim tacir evində qonaqlara kirkirə çəkmə və lavaş yayma ənənələri nümayiş edilib.

 

Milli idman növü olan zorxana oyunları qonaqların marağına səbəb olub.

 

Tədbirdə iştirak edənlər Novruz bayramını düşməndən azad edilmiş torpaqlarda qeyd edə bildiyimizə görə möhtərəm Ali Baş Komandana təşəkkürlərini bildiriblər.

 

Novruz bayramınız mübarək!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı