Modern.az

Portuqaliya DÇ-2026-da uduzdu: baş məşqçi istefa verdi

Portuqaliya DÇ-2026-da uduzdu: baş məşqçi istefa verdi

İdman

7 İyul 2026, 11:24

Portuqaliya milli komandasının ispan baş məşqçisi Roberto Martinez vəzifəsindən ayrıldığını açıqlayıb.

Modern.az-ın məlumatına görə, Dünya Çempionatının 1/8 final mərhələsində Portuqaliyanın İspaniyaya minimal hesabla məğlub olmasından sonra Martines istefa verdiyini bəyan edib.

“Buraya dünya çempionu olmaq üçün gəlmişdim. Bu uğura nail ola bilməmişiksə, davam etməyin mənası yoxdur”, – deyə o bildirib.

Roberto Martines 2023-cü ildən Portuqaliya yığmasına rəhbərlik edirdi. O, Portuqaliya millisi ilə 2024/25 mövsümündə UEFA Millətlər Liqasının qalibi olub.
Daha əvvəl isə Martines Belçika millisinin baş məşqçisi işləyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib