Araik Arutyunyan baş nazir aparatının rəhbəri postunda qalmaya bilər.
Modern.az xəbər verir ki, bu barədə Ermənistanın "Joxovurd" qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, parlament seçkilərindən sonra baş nazir Nikol Paşinyan hakim "Vətəndaş Müqaviləsi" Partiyasının seçki qərargahının fəaliyyətindən narazı qalıb. Qərargaha rəhbərlik edən Araik Arutyunyanın işi ilə bağlı seçki kampaniyasının təşkili və məlumatların toplanmasında ciddi çatışmazlıqların olduğu iddia edilir.
Qəzetin yazdığına görə, seçkilər ərəfəsində Arutyunyan Paşinyana "Vətəndaş Müqaviləsi"nin təxminən 65 faiz səs toplayacağını və hətta konstitusiya çoxluğu əldə edəcəyini məruzə edib. Mənbələrin iddiasına əsasən, bu proqnoz baş nazirdə reallığı əks etdirməyən siyasi gözləntilər formalaşdırıb.