Modern.az

Bu gün Tsarukyanın məhkəməsi keçiriləcək: həbs oluna bilər

Bu gün Tsarukyanın məhkəməsi keçiriləcək: həbs oluna bilər

Dünya

Bu gün, 11:03

“Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyan İstintaq Komitəsində 5 saatdan çox qaldıqdan sonra gecə saatlarında binanı tərk edib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

“İttiham tamamilə saxtadır, yalandır, boş iddiadır. Burada həqiqətə uyğun heç nə yoxdur, hər şey aydınlaşacaq”, - deyə Tsarukyan onu qarşılayanlara bildirib.

Bundan sonra tərəfdarları “Biz səninləyik, Tsarukyan!” şüarları səsləndiriblər.

“Çiçəklənən Ermənistan” Partiyasının lideri daha sonra məhkəməyə aparılıb. Məhkəmədə onun barəsində seçiləcək qətimkan tədbirinə baxılacaq.

Partiya sədrinin mətbuat katibi İveta Tonoyan bildirib ki, Qaqik Tsarukyanla bağlı qətimkan tədbiri barədə vəsatətə bu gün baxılacaq. İşə hakim Harik Abelyan sədrlik edəcək.

Qeyd edək ki, gecə saatlarında Tsarukyanın həbs olunması ilə bağlı vəsatət məhkəməyə təqdim edilib.

Ermənistan İstintaq Komitəsi iqtisadi cinayətlər və qaçaqmalçılıq üzrə Baş İstintaq İdarəsində araşdırılan cinayət işlərindən biri üzrə faktiki məlumatlar əldə olunduğunu açıqlayıb. Həmin məlumata əsasən, Qaqik Tsarukyanın təşkilatçılığı ilə bir qrup şəxs 2022-2024-cü illərdə xüsusilə külli miqdarda dələduzluq və çirkli pulların yuyulması əməllərini törətməkdə şübhəli bilinir.

Tsarukyanın vəkili isə ittihamların absurd və gülünc olduğunu bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV