Modern.az

Güclü yağış mina təhlükəsi yarada bilər - xəbərdarlıq

Güclü yağış mina təhlükəsi yarada bilər - xəbərdarlıq

Dünya

Bu gün, 11:16

Cənubi Koreya Baş Qərargahı Şimali Koreyanın sərhəd boyunca yerləşdirdiyi minalarla bağlı əhaliyə xəbərdarlıq edib.

Modern.az xəbər verir ki, Yonhap agentliyinin yaydığı məlumata görə, Baş Qərargah güclü yağışlar mövsümünün yaxınlaşması ilə əlaqədar Şimali Koreyanın iki ölkəni ayıran Hərbisizləşdirilmiş Zona (DMZ) ərazisinin şimal hissəsində basdırdığı piyada əleyhinə minalar leysan yağışları nəticəsində sel suları ilə Cənubi Koreya ərazisinə sürüklənə biləcəyini bildirib.

Qurum vətəndaşlara mənşəyi bilinməyən əşyalara yaxınlaşmamağı, şübhəli predmet aşkar etdikləri təqdirdə isə dərhal hərbi qurumlara və ya aidiyyəti təhlükəsizlik orqanlarına məlumat verməyi tövsiyə edib.

Qeyd edək ki, son aylarda Şimali Koreya sərhəd bölgəsində istehkam işlərini gücləndirib, müxtəlif maneələr və mina sahələri yaradıb. Rəsmi Seul isə bunun sərhəd təhlükəsizliyi baxımından əlavə risklər yaratdığını bildirir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV