Modern.az

Ağcakəndə düşən yağıntı aylıq normadan çox olub - FAKTİKİ HAVA

Ağcakəndə düşən yağıntı aylıq normadan çox olub - FAKTİKİ HAVA

Aktual

23 İyun 2022, 14:34

İyunun 23-ü saat 14:00-a olan məlumatına əsasən, ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunub, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. 

 

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd olunub ki, iyunun 22-də yağan leysan yağış nəticəsində saat 15:50-16:10 radələrində Goranboy rayonunun Ağcakənd ərazisindən  sel keçib. Qısa müddət ərzində düşən yağışın miqdarı 128 mm (aylıq normanın 257 faizi) olub. 

 

Düşən yağışın miqdarı Balakəndə 43 mm (aylıq normanın 33 faizi), Şəkidə 24 mm, Sarıbaş (Qax), Oğuz, Gədəbəydə 16 mm, Gəncədə 9 mm, Bərdə, Daşkəsəndə 8 mm, Göygöl, Qəbələdə 7 mm, Ağdam, Şahdağ,  Zaqatala, Zərdabda 6 mm, Xınalıqda 4 mm, Ləzədə 3 mm, Göyçay, İmişli, Şərur, Şəmkir, Qusar, Qrızda 2 mm,  Naxçıvan, Ağdərə, Naftalan, Şirvan, Tərtər, Mingəçevir, Yevlax, Sabirabad, İsmayıllıda 1 mm-dək olub.

 

Şimal-qərb küləyinin sürəti arabir Naxçıvan, Göyçayda 22 m/s, Neftçala, Sabirabad, Daşkəsən, Culfada 20 m/s,  Mingəçevirdə 19 m/s, Cəfərxan, Ceyrançöl, Naftalanda 18 m/s, Tərtər, Ağsu, Biləsuvar, Şabranda 16 m/s, Şərurda 15 m/s, Bakı, Pirallahıda 20 m/s, Neft Daşlarında 19 m/s, Çilov adasında 17 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3.2 metrə çatıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi