Modern.az

Çindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

Çindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

Aktual

8 Avqust 2022, 15:30

Çin Azərbaycan və Ermənistan arasında münaqişənin siyasi dialoq yolu ilə həll etməsini istəyir.

 

Modern.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Van Venbin bildirib.

 

Onun sözlərinə görə, rəsmi Pekin ümid edir ki, tərəflər atəşin dayandırılması barədə əldə olunmuş razılaşmaya riayət edəcək.

 

 “Azərbaycan və Ermənistan Çin üçün dost ölkələr hesab olunur”, - məlumatda qeyd olunub.

 

Xatırladaq ki, son günlər erməni separatçılarının Azərbaycan ordusunun mövqelərini intensiv şəkildə atəşə tutması, təxribat-terror fəaliyyətinin həyata keçirilməsi Qarabağda vəziyyətin gərginləşməsinə səbəb olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir