Modern.az

İstərdik ki, “Teknofest” yenidən Azərbaycanda keçirilsin - Bayraktar 

İstərdik ki, “Teknofest” yenidən Azərbaycanda keçirilsin - Bayraktar 

30 Avqust 2022, 18:56

Azərbaycanda keçirilən “Teknofest” gözləntilərimizdən yüksək olub.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru Selçuk Bayraktar deyib.

 

O qeyd edib ki, növbəti illərdə də Azərbaycanda eyni festival keçirilə bilər.

 

"Festivalın yüksək səviyyədə təşkili yaxşı gündə də, pis gündə də bir-birimizin yanındayıq mesajını bir daha verdi. Azərbaycandan olan qardaşlarımızdan belə yüksək diqqəti görmək çox xoş oldu. İstərdik ki, gələcəkdə də “Teknofest” Azərbaycanda keçirilsin", - deyə Bayraktar bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi