Modern.az

Qəzada ölən polis dostunun maşınını sürürmüş - TƏFƏRRÜAT

Qəzada ölən polis dostunun maşınını sürürmüş - TƏFƏRRÜAT

Aktual

3 Sentyabr 2022, 17:17

Bu gün Xudat Polis Bölməsinin əməkdaşı, polis serjantı Elvin Mürsəlzadə Xaçmaz rayonunun Nabran kəndi ərazisində ağır yol qəzası nəticəsində həlak olub.

 

Modern.az Unikal-a istinadən xəbər verir ki, E.Mürsəlzadə dostuna aid “Hyundai” markalı avtomobili içkili vəziyyətdə yüksək sürətlə idarə edib. İdarə etmədən çıxan avtomobil yol kənarındakı ağaca çırpılıb, nəticədə  polis serjantı hadisə yerində dünyasını dəyişib.

 

Qəzada ölən polis əməkdaşının özündən başqa bir qardaşı var, subay olub, onun 27 yaşı var idi.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rəisinin düşdüyü qəza barədə sensasion faktlar-Olaydan əvvəl...