Modern.az

Şəhidlərimiz anıldı

Şəhidlərimiz anıldı

Aktual

4 Sentyabr 2022, 18:02

Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edən şəhidlərimizin ruhlarına ehtiram məqsədilə anım mərasimləri keçirilib.

 

Vətən Müharibəsi Qəhrəmanı şəhid Zaur Nudirəliyev və şəhid Rüfət Əsgərovun xatirələrinə həsr olunan mərasimlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, eləcə də Heydər Əliyev adına Hərbi İnstitutun şəxsi heyəti iştirak ediblər.

 

FHN-nin mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, mərasimlərdə əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Tədbirlərdə çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar. Mərasim iştirakçılarına şəhidlərimizin şərəfli ömür və döyüş yolundan bəhs edən videoçarxlar təqdim edilib.

 

Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Prezident İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

Anım mərasimlərində şəhidlərimizə həsr olunan şeirlər, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər ifa olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi