Modern.az

Liderlərin Praqa görüşü Moskvanı qıcıqlandırdı - Rusiyadan AÇIQLAMA

Liderlərin Praqa görüşü Moskvanı qıcıqlandırdı - Rusiyadan AÇIQLAMA

Aktual

6 Oktyabr 2022, 15:16

Rusiya özünün müttəfiqi olan iki dövlət arasında münasibətlərin normallaşmasına hərtərəfli köməklik göstərir.

Modern.az xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
 

“Bizim təkliflərimiz Bakı və İrəvana təqdim olunubr, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi İqor Xavayev sentyabrda bu mövzuda məsləhətləşmələr aparmaq üçün regiona bir sıra səfərlər edib. Hansısa formada bizim rolumuza şübhə etməyə çalışanlar və ya bizim fəaliyyətsizliyimizi söyləyənlər, mənə elə gəlir ki, öz arzularını dilər gətririlər. Biz praktiki iş görürük. Bəli, biz bunu hansısa bir tarix üçün edirik, ya da hansısa gözəl format üçün yox, amma elə bir şəkildə edirik ki, konkret nəticələrlə sabitləşsin. Biz hansısa reklam fəaliyyəti ilə məşğul deyilik, onun altında heç nə yoxdur, biz bunun əksini edirik - bacardıqlarımızdan danışırıq. Sülh müqaviləsi mövzusunun yüksək həssaslığını nəzərə alaraq, davam edən danışıqların təfərrüatlarını açıq şəkildə şərh etməyi yersiz hesab edirik. Bütün diqqətimizi nəticələrə yönəltmişik”, - Zaxarova bildirib.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?