Modern.az

Qaribaşvili İlham Əliyevin səfərindən DANIŞDI

Qaribaşvili İlham Əliyevin səfərindən DANIŞDI

Aktual

25 Oktyabr 2022, 14:44

"Cənubi Qafqazda dostluq və firavanlıq Azərbaycan və Gürcüstanın əsas məqsədidir".

 

Modern.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “Twitter“ hesabındakı paylaşımında bildirib. 

 

“Prezident İlham Əliyevi qonaq etməkdən məmnunluq duyuram. Biz görüş zamanı Gürcüstan və Azərbaycanın uzunmüddətli strateji tərəfdaşlığını müzakirə etdik, gələcək hədəflər haqqında danışdıq”, - deyə İrakli Qaribaşvili vurğulayıb.

 

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana işgüzar səfər edib. Dövlət başçısı səfər zamanı Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüş keçirib, daha sonra birlikdə mətbuata bəyanatla çıxış ediblər. Liderlər Azərbaycan və Gürcüstan arasında əlaqələrin strateji səviyyəyə yüksəldiyini bildirərək, yeni hədəflərlə bağlı mühüm mesajlar veriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi