Modern.az

ÜST-dən koronavirusla bağlı yeni ÇAĞIRIŞ 

ÜST-dən koronavirusla bağlı yeni ÇAĞIRIŞ 

Aktual

27 Noyabr 2022, 14:25

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla bağlı dünya ölkələrinə çağırış edib.

 

Modern.az -ın xəbərinə görə, ÜST-ün sözçüsü Tarik Yaşareviç deyib ki, dünya ölkələri öz strategiyalarını koronavirusun yoluxma halının indiki vəziyyəti ilə uyğunlaşdırmalıdır.

 

Bununla yanaşı, səhiyyə sektoruna sərmayə qoymaq və tibb personalına əlavə ianələr vermək vacib məsələdir.

 

“Bu gün biz bir-iki il əvvəlkindən daha yaxşı vəziyyətdəyik, COVID-19 ilə mübarizə aparmaq üçün peyvəndlərimiz var”, - Yaşareviç vurğulayıb.

 

Moyabrın 25-nə olan məlumata görə, ÜST pandemiyanın başlanğıcından indiyədək dünyada 636 440 663 koronavirusa yoluxma və 6 606 624 ölüm faktı qeydə alıb. Ümumilikdə dünyada yeddi gün ərzində xəstələnmə əvvəlki həftə ilə müqayisədə 5% azalıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok