Modern.az

Kommersiya sirrini yayanlar həbs olunacaq

Kommersiya sirrini yayanlar həbs olunacaq

Aktual

7 Dekabr 2022, 11:54

Kommersiya, bank sirri olan məlumatları qanunsuz yolla əldə edənlər və yayanlar cəzalandırılacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində qeyd olunub. 

 

Azərbaycan Respublikası Qanunun layihəyəsində öz əksini tapıb. Qanuna görə, həmin şəxslər min manatdan üç min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma, müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü