İsrailin xarici kəşfiyyat xidməti “Mossad”ın rəhbəri Roman Hofman ABŞ-ı İrana qarşı hərbi zərbələri yenidən başlamağa çağırıb.
Modern.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, İsrail kəşfiyyatının rəhbəri Vaşinqtona səfəri çərçivəsində Donald Tramp administrasiyasının nümayəndələri ilə görüş keçirib. Görüşdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff də iştirak edib.
Roman Hofman amerikalı rəsmilərə Tehranının nüvə proqramı ilə bağlı kəşfiyyat məlumatları təqdim edib və İrana qarşı bir neçə gün davam edəcək yeni hərbi əməliyyatın keçirilməsini təklif edib.
Nəşr yazır ki, ABŞ Prezidenti Donald Tramp hələlik İrana qarşı bundan sonrakı addımlarla bağlı mümkün variantları nəzərdən keçirir.
Xatırladaq ki, bundan əvvəl İsrail mediası Baş nazir Benyamin Netanyahunun İrana qarşı yeni hərbi əməliyyatın qaçılmaz olduğunu bildirdiyini yazmışdı.