Modern.az

İran ABŞ-ı Avropadakı bazaları ilə hədələdi: “Onları vura bilərik”

İran ABŞ-ı Avropadakı bazaları ilə hədələdi: “Onları vura bilərik”

Dünya

Bu gün, 10:15

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, ölkəyə  qarşı istənilən təhdidə qətiyyətli cavab veriləcək.

Modern.az xəbər verir ki, bu barədə SEPAH-ın sözçüsü general Möhibi jurnalistlərə açıqlamasında bildirib. Məlumatı İranın “Tasnim” xəbər agentliyi yayıb.

İranın raket potensialından danışan Möhibi qeyd edib ki, ölkəsinin raket imkanları kifayət qədər genişdir və ali rəhbərin göstərişi olarsa, coğrafi məhdudiyyət olmadan əməliyyatlar həyata keçirə bilərlər.

SEPAH sözçüsü vurğulayıb ki, ali rəhbər əmri verəcəyi təqdirdə İran Avropadakı ABŞ hərbi bazalarını da hədəfə almaq imkanına malikdir.

“Biz əvvəllər raket potensialımızı 4500 kilometrədək məsafədə, Dieqo-Qarsiya adası istiqamətində nümayiş etdirmişik”, – deyə o bildirib.

Möhibi CNN telekanalının İranın “çirkli bomba”dan istifadə etməsi ilə bağlı iddialarına da münasibət bildirib. Onun sözlərinə görə, bunlar düşmənin yaydığı yalan məlumatlardır.

O, ABŞ-ın İranın bəndlərinə hücum edəcəyi təqdirdə Tehranın da eyni qaydada cavab verəcəyini bildirib.

Möhibi əlavə edib ki, dünyanın hansısa ölkəsindəki bazadan ABŞ-ın  İranı vurduğu təsdiqlənərsə, həmin ölkə də İranın hədəfinə çevriləcək.

SEPAH sözçüsü bu məsələdə heç bir tərəddüdün olmadığını vurğulayıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya dəhşətli zərbə - Strateji yer BOMBALANDI!