Tbilisidə yaşayış binasının bir hissəsinin uçması nəticəsində altı nəfər həlak olub. Hadisə ilə əlaqədar Gürcüstanda matəm günü elan edilib.
Modern.az yerli mediaya istinadən xəbər verir ki, ölənlər arasında 7 yaşlı uşaq da var. Onun 3 yaşlı bacısı dağıntılar altından çıxarılıb. Xəstəxanaya yerləşdirilən beş yaralı arasında azyaşlı da var.
“İmedi” telekanalının yaydığı ilkin məlumata görə, binanın beşinci mərtəbəsində qaz sızması nəticəsində partlayış baş verib. Partlayışdan sonra binanın bir hissəsi uçub.