ABŞ Prezidenti Donald Tramp Çindəki danışıqlardan sonra Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə telefon danışığına qoşularaq onları Rusiya ilə razılaşma əldə etməyə çağırıb.
Modern.az xəbər verir ki, bu barədə “The Washington Post” mənbələrə istinadən məlumat yayıb. Nəşrin yazdığına görə, Tramp söhbətə kürəkəni Cared Kuşnerin telefonu vasitəsilə qoşulub.
Mənbələrdən biri bildirib ki, Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşünün böyük hissəsinin Ukrayna məsələsinə həsr olunduğunu deyib. ABŞ prezidentinin sözlərinə görə, Putin razılaşmaya hazırdır.
Tramp həmçinin Avropa liderlərinə milyardlarla vəsaiti öz ölkələrinin inkişafına sərf etmək əvəzinə Ukraynaya yönəltdiklərini deyib.