Modern.az

Şeyx Rusiya müsəlmanlarının lideri ilə görüşdü

Şeyx Rusiya müsəlmanlarının lideri ilə görüşdü

Aktual

8 Dekabr 2022, 20:52

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ilə Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri Ravil Qaynutdin arasında görüş keçirilib.

 

Modern.az xəbər verir ki, görüş Moskvada keçirilən "ədalət və mötədillik-dünya nizamının ilahi prinsipləri" adlı mövzusunda XVIII Beynəlxalq Müsəlman Forumu çərçivəsində baş tutub.

 

Qeyd edək ki, QMİ sədri Allahşükür Paşazadə dekabrın 6-dan Rusiya paytaxtında səfərdədir. Dekabrın 7-də şeyxülislam Allahşükür Paşazadə Rusiya Patriarxı Kirillə Danilov monastırında görüş keçirib. Dekabrın 8-də isə XVIII Beynəlxalq Müsəlman Forumunda iştirak edib. QMİ sədri forumda çıxış edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi