Modern.az

Azərbaycanlı xilasedici: “Hər gün 100 dəfə ölüb-dirilirik” - Ürəkdağlayan video

Azərbaycanlı xilasedici: “Hər gün 100 dəfə ölüb-dirilirik” - Ürəkdağlayan video

Aktual

9 Fevral 2023, 13:54

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri Türkiyədə zəlzələ zamanı dağıntılar altında qalmış şəxslərin çıxarılması zamanı təsirli mənzərə ilə qarşılaşıblar. 

 

Modern.az xəbər verir ki, həmin görüntüləri FHN-in xilasedicisi Bəhruz Nəsirli sosial şəbəkə hesabında paylaşıb. 

 

"Bizim burada nə hislər keçirdiyimizi bir bizlər, bir də Allah bilir. Bu ananı və iki uşağı dağıntılar altından çıxaranda o dünyanı görüb gəldik. Göz yaşlarımıza hakim ola bilmirdik. Ana iki uşağını qucaqlayaraq dünyasını dəyişib. Biz xilasedicilər olaraq hər gün burda 100 dəfə ölüb-dirilirik...", - deyə xilasedici bildirib. 

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı ölənlərin sayı 12 873 nəfərə çatıb. Son məlumatlara görə, yaralı sayı 62 937 nəfərdir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ