Modern.az

Əqli Mülkiyyət Agentliyindən zəlzələdən zərər çəkənlərə DƏSTƏK

Əqli Mülkiyyət Agentliyindən zəlzələdən zərər çəkənlərə DƏSTƏK

Aktual

10 Fevral 2023, 10:28

Fevralın 6-da qardaş Türkiyə Respublikasında baş vermiş güclü zəlzələ nəticəsində minlərlə insan həlak olub, on minlərlə əhali yaralanıb və xəsarət alıb. Bu dəhşətli hadisə Azərbaycan xalqını çox sarsıdıb və kədərləndirib.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, ölkəmizin müvafiq strukturlarının nümayəndələri hadisə baş verən andan zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını həyata keçirmək üçün Türkiyədədir. Dövlətimiz və xalqımız ilk andan qardaş ölkəyə öz dəstəyini nümayiş etdirir.

 

Güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və zərər çəkmiş əhaliyə dəstək göstərilməsi məqsədilə Əqli Mülkiyyət Agentliyi humanitar kampaniyaya qoşularaq kollektivin üzvləri öz şəxsi vəsaitləri hesabına yeni 110 ədəd gödəkçə, 57 ədəd isti adyal və digər mövsümi geyimləri (cəmi 361 ədəd) Türkiyəyə göndərilməsi üçün Heydər Əliyev adına İdman-Konsert Kompleksində yerləşən qəbul məntəqəsinə təhvil veriblər.

 

Başın sağ olsun, Türkiyə!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir