Modern.az

Mirziyoyev Azərbaycana gəldi - YENİLƏNİB 

Mirziyoyev Azərbaycana gəldi - YENİLƏNİB 

Aktual

1 Mart 2023, 19:29

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev martın 1-də Azərbaycan Respublikasına səfərə gəlib.

 

Modern.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

 

***

19:01

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana yola düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin "Twitter" hesabında məlumat yayılıb.

 

"Prezident Şavkat Mirziyoyev Azərbaycan işgüzar səfərə gedib", - deyə qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rəisinin düşdüyü qəza barədə sensasion faktlar-Olaydan əvvəl...