Modern.az

Ali Məhkəmənin yeni sədri KİMDİR... - DOSYE

Ali Məhkəmənin yeni sədri KİMDİR... - DOSYE

Aktual

4 Aprel 2023, 17:14

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə İnam İmdad oğlu Kərimov Azərbaycanın kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib. Digər sərəncamla o, Ali Məhkəmənin sədri təyin edilib.

 

Modern.az İnam Kərimovun tərcümeyi-halını təqdim edir:

 

O, 1977-ci il iyunun 6-da Bakı şəhərində anadan olub. 1984-cü ildən 1994-cü ilə qədər S. C. Pişəvəri adına Humanitar fənlər Gimnaziyasında təhsil alıb. 1994–1995-ci illərdə Amerika Birləşmiş Ştatların İndiana ştatında yerləşən Riçmond Orta məktəbində təhsilini davam etdirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə qəbul olub. 1998-ci ildən 2000-ci ilə qədər Fransanın Strasburq Universitetində hüquq ixtisası üzə bakalavr təhsili alıb. 2000–2002-ci illərdə isə Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr təhsili alıb. 2013-cü ildə Sorbonna Universitetində hüquq elmləri doktoru (docteur en droit) elmi dərəcəsi alıb.

 

İnam Kərimov 2002-ci ildən 2004-cü ilədək Azərbaycan Prezidentinin Administrasiyasında məsləhətçi, 2004–2012-ci illərdə baş məsləhətçi vəzifələrində çalışıb. O, 2005–2012-ci illərdə Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komisiyyasının katibi və Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycanın nümayəndə heyətinin rəhbəri olub.

 

Prezident İlham Əliyevin 7 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə İnam Kərimov Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsinə təyin edilib.

 

O, 21 aprel 2018-ci ildə Azərbaycanın Kənd təsərrüfatı naziri vəzifəsinə təyin olunub.

 

İngilis, fransız, rus və fars dillərini bilir. Ailəlidir, 2 övladı var.

 

Qeyd edək ki, İnam Kərimovdan əvvəl Ali Məhkəmənin sədri Ramiz Rzayev olub. O, 18 il sədr vəzifəsində çalışıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İlham Əliyev Türkiyədəki planı pozdu - Şok detallar bəlli oldu