Modern.az

Azərbaycanda koronavirusla bağlı SON STATİSTİKA

Azərbaycanda koronavirusla bağlı SON STATİSTİKA

1 May 2023, 18:45

Azərbaycanda son sutkada koronavirusa 6 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər sağalıb,1 nəfər ölüb.

 

Bu barədə Modern.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

İndiyədək ölkədə ümumilikdə 831 386 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 820 873 nəfər müalicə olunaraq sağalıb, hazırda 271 aktiv xəstə var. Bu günə qədər 10 242 nəfər vəfat edib.

 

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 679, indiyədək isə ümumilikdə 7 590 936 test icra olunub.

 

Eyni zamanda ölkədə son sutka ərzində 3 nəfər vaksinasiya olunub.Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 960 877 olub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?