Modern.az

Ümid edirik ki, nazirlərin görüşü baş tutacaq – XİN-dən AÇIQLAMA

Ümid edirik ki, nazirlərin görüşü baş tutacaq – XİN-dən AÇIQLAMA

8 İyun 2023, 16:10

Xəbər verdiyimiz kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyunun 12-də Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. Məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan yayıb. O bildirib ki, görüş Azərbaycanın müraciətinə əsasən təxirə salınıb. Həmçinin qeyd olunub ki, görüşün yeni tarixi barədə ictimaiyyətə məlumat veriləcək.

 

Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə Modern.az-a açıqlamasında məlumatı təsdiqləyib.

 

O deyib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün dəqiq tarixlərinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

 

"Ümidvarıq ki, bu görüş yaxın zamanlarda baş tutacaq. Bir qayda olaraq, görüşün dəqiq tarixlərinin əlaqələndirməni həyata keçirən təşkilatçı ölkə tərəfindən elan edilməsi təcrübəsi mövcuddur", - XİN rəsmisi qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir