Modern.az

ABŞ-dan Bayramov-Mirzoyan görüşü barədə AÇIQLAMA

ABŞ-dan Bayramov-Mirzoyan görüşü barədə AÇIQLAMA

8 İyun 2023, 18:41

ABŞ Dövlət Departamenti Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında növbəti danışıqların tarixini dəqiqləşdirmir.

 

Modern.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü “Azadlıq" radiosunun sualına cavab olaraq bildirib.

 

O, iyunun 12-də gözlənilən Ceyhun Bayramov-Mirzoyan görüşünün təxirə salınmasının səbəblərini açıqlamayıb.

 

"Biz Vaşinqtonda danışıqların növbəti raunduna ev sahibliyi etməyi səbirsizliklə gözləyirik", - Dövlət Departamentinin sözçüsü deyib.

 

Vaşinqton Ermənistan və Azərbaycan arasında davam edən danışıqları, o cümlədən liderlərin Kişinyovdakı son görüşünü alqışlayıb.

 

Qeyd edək ki, bu gün səhər saatlarında Ermənistan tərəfi xarici işlər nazirlərinin gələn həftə Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşünün təxirə salındığını bildirib. 

 

Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə məlumatı təsdiqləyib. O deyib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün dəqiq tarixlərinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

 

"Ümidvarıq ki, bu görüş yaxın zamanlarda baş tutacaq. Bir qayda olaraq, görüşün dəqiq tarixlərinin əlaqələndirməni həyata keçirən təşkilatçı ölkə tərəfindən elan edilməsi təcrübəsi mövcuddur", - XİN rəsmisi qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir