Modern.az

Azərbaycan deputatları fransalı həmkarları ilə görüşüblər

Azərbaycan deputatları fransalı həmkarları ilə görüşüblər

8 İyun 2023, 21:39

Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov, qrupun üzvləri Ramin Məmmədov və Tural Gəncəliyev Fransada səfərdədirlər.

 

Modern.az xəbər verir ki, bu gün Milli Məclisin deputatları Fransa Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşüblər.

 

Soltan Məmmədov bildirib ki, maraqlı və faydalı fikir mübadiləsi baş tutub.

 

Fransanın Azərbaycandakı səfiri Ann Bualon Tvitterdə paylaşımında Fransa ilə Azərbaycan arasında parlament əlaqələrinin canlandığını görməkdən şad olduğunu vurğulayıb: “Milli Assambleya və Milli Məclisin iki dostluq qrupunun sədrlərinə təşəkkür edirəm”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir