Modern.az

Surət Hüseynov xəstəxanada öldü - YENİLƏNİB

Surət Hüseynov xəstəxanada öldü - YENİLƏNİB

Aktual

31 İyul 2023, 19:56

Sabiq Baş nazir Surət Hüseynov vəfat edib.

 

Modern.az xəbər verir ki, o, İstanbulda müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

 

***

13:50

Surət Hüseynovun ölüm xəbəri təsdiqlənməyib.

 

Modern.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, S.Hüseynovun yaxınları bildiriblər ki, sabiq baş nazir komadadır:

 

"Həkimlər əvvəlcə onun öldüyünü zənn ediblər. Lakin sonradan məlum olub ki, o, komadadır. Yaxınları Sürət Hüseynovun hazırda reanimasiyada olduğunu bildirirlər".

 

***

Azərbaycanın sabiq baş naziri Surət Hüseynov vəfat edib.

 

Modern.az xəbər verir ki, 64 yaşlı Hüseynov Moskvadan İstanbula uçan təyyarədə ürəktutmasından dünyasını dəyişib.

 

Qeyd edək ki, Sürət Hüseynov 1959-cu ildə fevralın 12-də Gəncə şəhərində anadan olub. O, 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də Prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub.

 

Surət Hüseynovun ölüm xəbərini Gununsesi.info saytı yayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)