Modern.az

Zaqatalada selin dağıtdığı körpü bərpa olundu

Zaqatalada selin dağıtdığı körpü bərpa olundu

Aktual

18 Sentyabr 2023, 13:16

Zaqatala rayonu Qazangül qəsəbəsində daxili yol üzərində yerləşən və sel suları nəticəsində yanaşma hissəsi yuyulan körpüdə bərpa işləri aparılaraq hərəkət təmin olunub.

 

Modern.az xəbər verir ki, yaranmış problemlərlə bağlı məlumat daxil olan kimi sözügedən yolun və körpünün agentliyin balansında olmamasına baxmayaraq, dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

 

Aparılmış təxirəsalınmaz tədbirlər nəticəsində hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.

 

Hal-hazırda Zaqatala rayonu ərazisində yollarda sel suları nəticəsində yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!