Modern.az

Ukrayna əzmkar qələbə qazandı 

Ukrayna əzmkar qələbə qazandı 

Aktual

21 İyun 2024, 20:15

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında növbəti oyun keçirilib.

 

Modern.az xəbər verir ki, E qrupunun II turunun ilk matçında Ukrayna və Slovakiya yığmaları qarşılaşıblar. Görüş ukraynalıların əzmkar qələbəsi ilə başa çatıb - 2:1.

 

Matçda hesabı 17-ci dəqiqədə slovakiyalılar açıblar. İvan Şrants başla dəqiq oynayıb. İlk hissə Slovakiya seçməsinin üstünlüyü ilə yekunlaşıb.

 

İkinci yarıya daha fəal və istəkli başlayan Ukrayna millisi geridönüş edə bilib. 54-cü dəqiqədə Mikola Şaparenko, 80-ci dəqiqədə isə Roman Yaremçuk fərqləniblər.

 

Bu nəticə ilə xallarını 3-ə çatdıran Ukrayna yığması 2-ci pilləyə yüksəlib. Eyni xala malik Slovakiya 3-cüdür. Qrupa 3 xalla Rumıniya başçılıq edir. Xalı olmayan Belçika isə sonuncudur.

 

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Təbrizdə ifa olunan Azərbaycan mahnısı İranı silkələdi