Modern.az

Paşinyan Bakıya gəlir? - Ermənistan hökumətindən REAKSİYA

Paşinyan Bakıya gəlir? - Ermənistan hökumətindən REAKSİYA

23 İyul 2024, 17:08

Ermənistanın baş naziri Nikol Paşinyan məzuniyyətdən sonra - avqustda mətbuat konfransı keçirməyi planlaşdırır.

Modern.az xəbər verir ki, “Hraparak”ın məlumatına görə, Paşinyan keçirəcəyi mətbuat konfransında noyabrda Bakıda keçiriləcək COP29 sammitində Azərbaycanın Ermənistanın iştirakına dair dəvəti barədə danışacaq.

Bu barədə qəzetə Ermənistan hökumətinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat verib.

“Biz hökumətə yazılı sorğu göndərərək, Ermənistan tərəfinin Azərbaycandan dəvəti nə vaxt aldığını və Baş nazir Aparatının bu dəvətə necə reaksiya verdiyini bildirməyi xahiş etdik. Maraqlanırdıq ki, Baş nazir Bakıya gedəcək və COP-29 sammitində iştirak edəcəkmi?”, - “Hraparak” yazıb.

“Baş nazir Nikol Paşinyan sizin qeyd etdiyiniz məsələlərə məzuniyyətdən sonra avqustda keçiriləcək mətbuat konfransında aydınlıq gətirəcək”, - deyə hökumətdən qəzetə cavab veriblər.

Xatırladaq ki, Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə 29-cu Konfransında (COP-29) iştirak etmək üçün Ermənistana rəsmi dəvət göndərib. Azərbaycan Prezidentinin Xarici əlaqələr üzrə köməkçisi Hikmət Hacıyev bildirib ki, rəsmi dəvəti sammitə sədrlik edəcək Azərbaycanın ekologita və təbii sərvətlər naziri Muxtar Babayev göndərib. Dəvət Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana ünvanlanıb.

Ermənistan Xarici İşlər Nazirliyi də hələ ki Azərbaycan tərəfinin dəvətinə rəsmi cavab verməyib.

Erməni KİV-ləri yazır ki, hakimiyyətyönlü ekspertlərdən ibarət təbliğat maşını Paşinyanın Bakıya gedərək orada sənədə imza atmasının mümkünlüyü ilə bağlı tezislər yayır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri