Modern.az

Nazarbayev Qazaxıstan Milli Elmlər Akademiyasının üzvlüyündən ÇIXARILDI

Nazarbayev Qazaxıstan Milli Elmlər Akademiyasının üzvlüyündən ÇIXARILDI

Aktual

25 İyul 2024, 16:38

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev artıq respublika Milli Elmlər Akademiyasının üzvü deyil.

Modern.az xəbər verir ki, bunu Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek bildirib.

Nazir deyib ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin qərarı ilə Elmlər Akademiyasının 9 yeni üzvü təsdiqlənib.

“Akademiyanın keçmiş üzvlərinə gəlincə, “onların statusu ləğv edilib”, - deyə nazir bildirib.

1995-ci ildə Nazarbayev Qazaxıstan Milli Elmlər Akademiyasının akademiki statusuna layiq görülüb. 2011-ci ildə akademiyada alimlərin forumu keçirilib və Nazarbayev “Əsrin alimi” adına layiq görülüb.

Bu ilin aprelində Nazarbayevin mum heykəli Astanada Qazaxıstan Silahlı Qüvvələri Muzeyindən götürülüb. Fevral ayında onun heykəli Qazaxıstan Milli Muzeyinin zalından çıxarılıb.

Bundan əlavə, yanvar ayında Astana Milli Müdafiə Universitetinin ərazisində Nazarbayevin abidəsi sökülüb.

2023-cü il fevralın 15-də Qazaxıstan prezidenti Kasım Jomart-Tokayev qanun imzalayıb, ona görə ölkənin ilk prezidenti Nursultan Nazarbayev “Elbas” statusundan və onunla bağlı imtiyazlardan məhrum edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri