Modern.az

Fransa səfiri: “Azərbaycanla münasibətlərin inkişafında çox nikbinik - EKSKLÜZİV

Fransa səfiri: “Azərbaycanla münasibətlərin inkişafında çox nikbinik - EKSKLÜZİV

Aktual

Bu gün, 17:00

"Azərbaycanla Fransa arasındakı münasibətlərin inkişafı barədə nikbinik".

Bunu Modern.az-a eksklüziv açıqlamasında Fransanın Azərbaycandakı səfiri Sofi Laqut deyib.

Səfir bildirib ki, ötən həftə Fransa Prezidentinin Avropa və Türkiyə üzrə müşaviri Bakıda səfərdə olub və o, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşüb.

“Fransa Prezidentinin Avropa və Türkiyə üzrə müşaviri ötən həftə Bakıda idi. Biz ikitərəfli münasibətlərimiz və bütün regional məsələlər barədə çox səmərəli müzakirələr apardıq. Danışıqlar çox müsbət keçdi. Münasibətlərimizin inkişafı ilə bağlı nikbinik”, - səfir qeyd edib.

Qarabağ və Şərqi Zəngəzurda minatəmizləmə və münaqişədən sonrakı bərpa-quruculuq layihələrində Fransanın iştirak perspektivinə toxunan Sofi Laqut bildirib ki, bu istiqamətdə əvvəllər əməkdaşlıq mövcud olub.

“Bizim minatəmizləmə ilə bağlı layihəmiz var idi və hazırda yeni imkanlar üzərində işləyirik. Hələlik masada konkret layihə yoxdur. Amma bu, əvvəllər əməkdaşlıq etdiyimiz sahədir və həmin əməkdaşlığı yenidən başlatmaqdan məmnun olarıq”, - deyə, diplomat vurğulayıb.

Sizə yeni x var
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada