Modern.az

Xəstəxana direktoru VƏFAT ETDİ

Xəstəxana direktoru VƏFAT ETDİ

Allah rəhmət eləsi̇n

8 Avqust 2024, 17:33

İmişli Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər Kazımov vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. 

 

O, bu gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

 

Azər Sadiq oğlu Kazımov 1966-cı il dekabrın 25-də İmişli şəhərində anadan olub.

 

1987-1992-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Tibb Universitetinin (ATU) stomatologiya fakültəsində, 1992-1993-cü illərdə isə İmişli rayon Stomatoloji Poliklinikada internatura təhsili alıb. 1992-ci ildən 2002-ci ilə qədər İmişli rayon Stomatoloji Poliklinikasında stomatoloq kimi fəaliyyət göstərib.

 

2002-2021-ci illər ərzində İmişli Rayon Mərkəzi Xəstəxanasında stomatoloq vəzifəsində çalışıb. 2021-ci ildən etibarən həmin xəstəxanada direktorun səlahiyyətlərini icra edən Azər Kazımov 25 noyabr 2022-ci il tarixindən etibarən, tibb müəssisənin direktoru vəzifəsini tutub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran təhdid etdi, ABŞ adamını Bakıya göndərdi