Arxiv
30 Noyabr 2013, 10:35 | İQTİSADİYYAT
Vətəndaş məmnunluğuna yol açan xidmət - ASAN


Gənc vətəndaş şəxsiyyət vəsiqəsi almaq istəyirsə, bir qapıdan daxil olmaqla həm foto çəkdirə, həm gözünün rəngi və boyunun ölçüsünü göstərən tibbi arayışı ala, eyni zamanda sənədləri digər xidmət pəncərəsinə təqdim edərək bu xidmətdən faydalana bilər.

Yaxud başqa bir misal: alqı-satqı həyata keçirtmək istəyən şəxs daşınmaz əmlak bölməsinə müraciət edib mənzilin yüklülüyünün olub-olmaması haqqında Forma-1 arayışını alır və ardıca yan pəncərədəki notarial xidmətdə alqı-satqını həyata keçirir. Həmin alqı-satqının ödənişini isə daha bir neçə addım kənardakı pəncərəyə yaxınlaşmaqla bank xidmətinə ödənilir. Vətəndaş ardınca alqı-satqı sənədləri ilə bərabər daşınmaz əmlak bölümünə yaxınlaşır, son nəticədə qeydiyyat vərəqəsini öz adına keçirir, məsələ bitir. Bütün bunlar isə vahid məkanda - ASAN Xidmət Mərkəzində elə asan yolla həyata keçirilir.

Bunlar bizim Xidmətin Xətai bölümündə olarkən müşahidə etdiklərimizdəndir. ATƏT-in Bakı Bürosunun mətbuat xidmətinin rəhbəri Rəşad Hüseynov deyir həyat yoldaşı üçün şəxsiyyət vəsiqəsi almağa gəlib: “Proses cəmi 15-20 dəqiqə çəkdi. Elə sənədlərimizi verdiyimiz yerin yanındaca 40 manat 20 qəpik rüsum ödədik və 10 günə də gəlib sənədimizi alacağıq”. Rəşad bəy deyir ki, artıq ikinci dəfədir ASAN-a müraciət edir: “Evin qeydiyyat vəsiqəsinin alınması ilə bağlı Forma-1 alırdım. Qeyd olunduğu tarixdə yaxınlaşdım, dərhal da sənədi mənə təqdim etdilər. Daha deyilmədi ki, “get, sabah gələrsən”, yaxud sənədin vaxtında hazırlanmasına görə hər hansı əlavə rüsum, ya haqq ödəmədim. Hər şey rəsmiyyət əsasında oldu”.

Nazim Əliyev isə bildirir ki, Gürcüstan vətəndaşı olan gəlinini müvəqqəti qeydiyyata saldırmaq üçün gəlib: “Müvafiq sənədlərin surətini təqdim etdim. Cəmi 5-10 dəqiqə çəkdi. Bir aydan sonra gəlib sənədi götürəcəyəm”. N.Əliyev bundan əvvəl oxşar məsələlərlə bağlı aidiyati qurumlara dəfələrlə müraciət edibmiş: “Lakin orda daha çox vaxt itkisinə məruz qalırdıq. Burada isə notariuslar çoxdur deyə, sənədlər dərhal təsdiqlənir və digər şöbəyə ötürülür. Ancaq Miqrasiya Xidmətinə gedirdik, böyük növbələrlə üzləşirdik”.

Xatırladaq ki, prezident 13 iyul 2012-ci il tarixində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması ilə bağlı fərman imzalayıb. Bu Agentliyin əsas məqsədlərindən biri ASAN Xidmət mərkəzlərinin işinin təşkili, dövlət qurumlarında informasiya bazalarının qarşılıqlı inteqrasiyasını təmin etmək və respublikada elektron xidmətlərin göstərilməsi prosesinin sürətləndirilməsi prosesini təmin etməkdir. Ekspertlər ASAN Xidmətin qısa müddətdə özünü doğrultduğu qənaətindədir.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyir ASAN Xidmətin müsbət cəhətləri çoxdur: “Azərbaycanda sənədləşmə məsələsini qaydaya salmaq problem idi. Ancaq bu xidmətin tətbiqindən sonra vətəndaşların işi xeyli yüngülləşib. Məsələnin müsbət tərəfi odur ki, burada vaxt itkisi minimum səviyyədədir”. V.Əhmədovun sözlərinə görə, bu xidmət vətəndaş-məmur təmasını minimuma endirməsi baxımından da ciddi əhəmiyyətə malikdir: “İndiki xidmət neqativ halların, rüşvət və korrupsiyanın qarşısını alır. Ancaq bu xidmətin fəaliyyətini genişləndirmək lazımdır ki, regionlarda da vətəndaşların işi asanlaşsın”. Deputat gələcəkdə vətəndaşlara xidmətin digər növlərinin - məsələn, mənzillərə qeydiyyat vəsiqəsinin verilməsi kimi - bu xidmətə daxil edilməsini təklif edir.

Hazırda paytaxt Bakıda 3 ASAN Xidmət Mərkəzi fəaliyyət göstərir ki, hər mərkəz də 3 rayonun xidmətindədir. İlk ASAN Xidmət Mərkəzi 2013-cü ilin 15 yanvarında Nərimanovda pilot layihə çərçivəsində fəaliyyətə başlayıb və Nərimanov, Nəsimi və Binəqədi sakinlərinə xidmət göstərir. Növbəti mərkəz Sumqayıtda açılıb ki, bura Sumqayıtla yanaşı, ətraf Xızı, Siyəzən, Şabran və Abşeron rayonlarına xidmət göstərir. Üçüncü mərkəz - 2 saylı Xətai ASAN Xidmət Mərkəzi Xətai, Suraxanı və Nizami rayonlarına xidmət göstərir. Yasamalda yaradılan 3 saylı ASAN Xidmətin fəaliyyətindən Yasamal, Səbayel və Qaradağ əhalisi yararlanır. Hər bölmə gün ərzində 1500-2000-ə yaxın vətəndaşı qəbul etmək imkanındadır.

Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Anar Hüseynovun sözlərinə görə, ikinci regional mərkəzin Gəncədə açılması nəzərdə tutulur ki, bu mərkəz Gəncə və ətraf bölgələrin əhalisinə xidmət göstərəcək. Ancaq hansı bölgələrdə ki, ASAN-ın mərkəzlərini yaratmaq mümkün olmayıb, prezidentin tapşırığına əsasən səyyar formada əhaliyə xidmət göstərilir. A.Hüseynov deyir ki, ASAN-ın müasir texnoloji avadanlıqlarla, internetlə, faksla təchiz olunan, məlumat bazalarına çıxış əldə edən iki avtobusu var ki, onlar şimal və cənub istiqamətində hərəkət edir. Bu günə kimi 19 məntəqədə 35 rayonun təxminən 50 minə yaxın sakininə səyyar xidmət göstərilib. Xidmət sahələrinin artırılması təklifinə reaksiyası zamanı A.Hüseynov deyir ki, ASAN Xidmət Mərkəzi fəaliyyətə başlayanda 9 dövlət qurumu tərəfindən 23 xidmət həyata keçirilirdi: “Ölkə başçısının 18 mart fərmanına əsasən daha 2 hüquqi xidmət əlavə edildi. Həmçinin 22 funksional yardım - bura tibbi arayışları, tərcümə xidməti, hüquqi məsləhətxana, sığorta, bank xidmətləri - xidməti də ASAN Xidmət mərkəzlərinə verildi”. Vətəndaşlar isə ən çox şəxsiyyət vəsiqəsi, notarial xidmətlər və ümumvətəndaş pasportlarla bağlı müraciət edirlər. Ümumilikdə həm səyyar, həm ASAN Xidmət mərkəzləri çərçivəsində 2013-cü il yanvarın 15-dən 770 mindən çox vətəndaş müraciət edib. “İlk gündən biz belə yanaşmanı formalaşdırmağa çalışmışıq ki, dövlət qulluqçusunun vəzifəsi insan hüququnu təmin etməkdir. İşimizin əsas məqsədi vətəndaş məmnunluğuna nail olmaqdır. İlk gündən araşdırma və sorğularımız belə qənaət yaradıb ki, bu təşəbbüs qısa müddətdə özünü doğruldub. Sosial şəbəkələrdə də ən aktiv dövlət qurumuyuq və vətəndaşlarla ünsiyyətdə olub onların rəylərini almağa çalışırıq ki, gələcəkdə inkişaf edən xidmət mərhələlərimizdə qarşımıza çıxacaq nöqsan və problemləri görək, aradan qaldıraq”-deyə, A.Hüseynov bildirir.

Elşad PAŞASOY

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Gənc tədqiqatçıların IV beynəlxalq elmi konfransı” keçirilib 5 İyun 2020, 16:32 İlham Əliyev İsveç Kralına məktub göndərdi 5 İyun 2020, 16:26 Mehman Hüseynov üçün 140 min manat TOPLANDI 5 İyun 2020, 16:20 Akif Təvəkküloğlu Milli Məclisə QAYITDI 5 İyun 2020, 16:15 Türkiyədən daha 143 vətəndaşımız ölkəmizə gətirildi 5 İyun 2020, 16:09 Azərbaycan korrupsiya ilə mübarizədə MDB ölkələri arasında liderdir 5 İyun 2020, 16:03 Nazir 2 milyon dollarlıq konfet aldığı üçün işdən çıxarıldı 5 İyun 2020, 15:58 Dərbənddə 6 Azərbaycan vətəndaşında koronavirus tapılıb 5 İyun 2020, 15:52 Azərbaycanda hakimlər oyuna tibbi maska ilə çıxacaq 5 İyun 2020, 15:46 Azərbaycan rejissoru Kann kinofestivalına yol açdı 5 İyun 2020, 15:40 “Azyaşlı uşağa baxan ana işləyirsə, ona müavinət verilsin!” - Komitə sədri 5 İyun 2020, 15:34 Komitə sədri dövlət büdcəsi ilə bağlı maraqlı TƏKLİFLƏR irəli sürdü 5 İyun 2020, 15:28 Heydər Əliyev Fondu fermerlərə yardım etdi - Fotolar+Video 5 İyun 2020, 15:22 Dövlət qurumlarında iş saatı başa çatdı 5 İyun 2020, 15:16 Narıncı yarış maşını - Vahid Qazi 5 İyun 2020, 15:10 Pərvin Kərimzadə: Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edək!   5 İyun 2020, 15:04 Naxçıvanın bu qəsəbəsinə şəhər statusu verilir 5 İyun 2020, 14:58 Azay Quliyev Milli Məclisdə seçicilərinin problemlərini qaldırıb 5 İyun 2020, 14:52 Təhsil Nazirliyindən yay imtahanlarının ləğvi ilə bağlı AÇIQLAMA 5 İyun 2020, 14:46 Neft 41 dolları keçdi 5 İyun 2020, 14:40 Ərdoğan küçəyə çıxma qadağasını LƏĞV ETDİ 5 İyun 2020, 14:34 Tələbələrin təhsil haqqı ilə bağlı RƏSMİ AÇIQLAMA 5 İyun 2020, 14:28 Dollar yeni həftəyə bu məzənnə ilə başlayacaq 5 İyun 2020, 14:22 Dövlət Sərhəd Xidməti: Ermə­nistan Qazax və Ağstafada yeni döyüş möv­qeyi əldə etməyib 5 İyun 2020, 14:16 Deputat seçiciləri qəbul etdi - FOTO 5 İyun 2020, 14:10 Naqif Həmzəyev: Ermənistanın gələcəyi Azərbaycanın ərazi bütövlüyünün bərpasından asılıdır   5 İyun 2020, 14:04 Bu gün Beynəlxalq Ətraf Mühit Günüdür 5 İyun 2020, 13:58 Milli Məclisin növbəti iclasının tarixi AÇIQLANDI 5 İyun 2020, 13:53 Deputat Rabitə Nazirliyini “VURDU” 5 İyun 2020, 13:48 Çimərliklərə getməyin! - XƏBƏRDARLIQ 5 İyun 2020, 13:46 At ətini mal əti kimi satanlar tutuldu - FOTOLAR 5 İyun 2020, 13:42 “Vətəndaşı narazı salan hakim məsuliyyətə cəlb edilməlidir” - Siyavuş Novruzov 5 İyun 2020, 13:37 “Məhkəmə-Hüquq Şurası haqqında” qanun dəyişdirilir 5 İyun 2020, 13:32 "Azəriqaz"dan smart-kart sayğacları olanlara xəbərdarlıq - Qazsız qala bilərsiniz 5 İyun 2020, 13:31 Qənirə Paşayevadan etiraz: “Burada hansısa şəffaflıqdan danışa bilmərik” 5 İyun 2020, 13:27