Arxiv
26 Avqust 2014, 15:12 | REPORTAJ
Türkiyənin Azərbaycan əsilli məşhurları: “Qalatasaray” oyunçusu, aktrisa, şair...

Türkiyənin bir sıra vilayətləri tarix boyu başıbəlalı ərazilər kimi xarakterizə olunub. Bu siyahının əvvəlində isə təbii ki, Qars, İqdır, Van vilayətləri gəlir.  Strateji zonada yerləşdiyindən orada həm azəri türkləri, həm Anadolu türkləri , o cümlədən başqa etniklər də yaşayıb. Bu gün həmin ərazilər hüquqi olaraq qardaş Türkiyəyə aiddir. Türkiyənin elmi, ədəbi-mədəni, ictimai , hətta idman həyatında belə həmin ərazilərdə doğulan Azərbaycan əsilli şəxslər var. Modern.az bu yazıda onların bir neçəsini təqdim edəcək:

Ataol Bəhrəmaoğlu -  türk dünyasının ünlü şairlərindən olan Bəhramoğlu 1942-ci ildə İstanbulda dünyaya gəlib. Əslən Azərbaycandan olan atası Hikmət Bəhramoğlunun şərəfinə şeirlərini bu imzayla yazıb. Amma onun ilk imzası atasının boya-başa çatdığı Gorus (Qərbi Azərbaycanın bu vilayəti hazırda erməni əsarəti altındadır) vilayətinin şərəfinə Ataol Gorus olub.

Cem Karaca -Türk rok musiqisinin banilərindən sayılan, musiqiçi, aktyor Cem Karaca da azəri əsillidir. Əslən Azərbaycandan olan atası ,aktyor Mehmet Karacanın oğludur. 1945-ci ildə İstanbulda dünyaya gələn  Cem Karaca 2004-cü ildə vəfat edib.

Heydər Hatəmi - əslən Güney Azərbaycandan olan rəssam hazırda Qətər sultan ailəsinin saray rəssamıdır. 1945-ci ildə Cənubi Azərbaycanda anadan olan rəssam Tehranda oxuyandan sonra Osmanlı miniatür sənətini öyrənmək üçün Türkiyəyə gəlir və həyatını ora ilə bağlayır.

Pınar Kür - 1943-cü ildə Bursada dünyaya gələn yazıçı Həvva Pınar Kür də əslən azərbaycanlıdır. Azərbaycandan olan atası Bəhram Kür Türkiyədə fransız dili və riyaziyyat dərslərini tədris edərkən Pınarın anası İsmət xanımla ailə həyatı qurur. Yazıçı Pınar Kür həmçinin Parisin Sarbonn Universitetinin məzunudur.

Səbahəttin Ərbuğa -  türk futbolunun məşhurlarından olan Səbahəttin Ərbuğa da əslən Qars  azərbaycanlısıdır. Veteran “Fənərbaxça”lı 1954-cü ildə Qarsda anadan olub. “Fənərbaxça”, Altay klublarında forma geyən Ərbuğa 1975-80-ci illərdə futbol üzrə Türkiyə milli komandasının şərəfini qoruyub.

Sərvət Çətin - türk futbolunun başqa məşhur siması, əsasən də “Qalatasaray” klubu və Türkiyə milli komandasındakı çıxışları ilə yadda qalan Sərvət Çətin də  əslən İqdır azərilərindəndir. O, 1981-ci ildə İqdırın Tuzluca adlı yerində dünyaya gəlib. Hazırda Mersin “İdmanyurdu” klubunun müdafiəçisidir.

Siyahıda təbii ki, sənətçilərin də adı yox deyil. “O , şimdi asker” mahnısı ilə parlayan və Osman Sınavın üzə çıxardığı müğənni Tuğba Əkinçi də Qars vilayətindəndir. O, 1976-cı ildə Qarsın azəri əsilli ailəsində dünyaya göz açıb.

Aktrisa, model Çağda Şikel Qars azərisinin ailəsində dünyaya gəlib. Anası Adanalı olduğundan o ərazilərdə o qədər də yaşamayıblar. 1979-cü ildə anadan olan sənətçi hazırda türk kino və serial biznesinin uğurlu simalarından sayılır.

Rok ifaçısı, fərqli ifa üslubuna malik Öztürk İlmaz da bu siyahıda xatırlanmalıdır. 1976-cı ildə Qarsda anadan olan Öztürk hazırda İstanbulda rok ifaçılığı ilə məşğul olur.

Rasim Başak – Türkiyə milli basketbol komandasının əsas üzvlərindən olan Başak 1980-ci ildə Bakıda anadan olub. Atası azərbaycanlı, anasının isə rus olmasına baxmayaraq türk vətəndaşlığını qəbul edən Rasim uzun müddət qardaş ölkənin əsas basketbol millisində çıxış edib.

Elmin Nuri

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyədə daha 74 nəfər koronavirusdan öldü 24 Sentyabr 2020, 21:49 Türkiyədə tunel çökdü: Dağıntılar altından 11 nəfər çıxarıldı 24 Sentyabr 2020, 21:37 Britaniyada son sutkada koronavirusdan daha 40 nəfər öldü 24 Sentyabr 2020, 21:12 Leysan nəticəsində metro stansiyalarını su basıb 24 Sentyabr 2020, 20:55 Bakıda mənzildə iki qadın meyiti aşkarlandı 24 Sentyabr 2020, 20:42 “Bəşəriyyət pandemiya sınağından keçə bilmədi” - Antoniu Quterreş 24 Sentyabr 2020, 20:24 “Ermənistan rəhbərliyinin davranışı danışıqları mənasız edib” - Araz Əzimov 24 Sentyabr 2020, 20:18 THY Ankara istiqamətində xüsusi reyslər icra etməyə başlayır 24 Sentyabr 2020, 20:02 Ukraynada pandemiyanın ikinci dalğası başlayıb 24 Sentyabr 2020, 19:42 Paşinyan: “Rusiya əsas müttəfiqimizdir, ABŞ və Avropa Birliyi isə...” 24 Sentyabr 2020, 19:32 Yusif İldırımzadənin qohumunun qətli ilə bağlı cinayət işi AÇILDI 24 Sentyabr 2020, 19:14 Azərbaycan nefti bahalaşıb 24 Sentyabr 2020, 19:05 Şəmkir Rayon Polis Şöbəsinidə nöqsan aşkarlandı 24 Sentyabr 2020, 18:50 DİM pandemiya dövründə hansı işləri görüb? - HESABAT 24 Sentyabr 2020, 18:42 Sabiq prokurorun qaynı amansızlıqla öldürüldü 24 Sentyabr 2020, 18:28 Hərbi Hava Qüvvələri döyüş uçuşları həyata keçirdi 24 Sentyabr 2020, 18:19 Ceyhun Bayramov gürcüstanlı vitse-spikerlə görüşüb 24 Sentyabr 2020, 18:12 Qəbul planı 100% dolan universitetlər - SİYAHI 24 Sentyabr 2020, 18:10 Vurğun Əyyubun dəfnində saz çalan aşıq: “Dedi ki, “başıma bir iş gəlsə, məni sazla götürərsiniz”” - MÜSAHİBƏ 24 Sentyabr 2020, 17:59 İnam Kərimov Ağdaş və Göyçay rayonlarında - FOTO 24 Sentyabr 2020, 17:53 Bakıda dəhşət: Nənəsini və bibisini qətlə yetirdi 24 Sentyabr 2020, 17:47 Dolların məzənnəsi sabit qaldı 24 Sentyabr 2020, 17:41 Ali məktəblərdə boş qalan yerlərin sayı AÇIQLANDI 24 Sentyabr 2020, 17:35 Prezident iki qurumun səlahəyyətlərini ARTIRDI 24 Sentyabr 2020, 17:29 İmkansız tələbələrin təhsil haqqını dövlət ödəyəcək - RƏSMİ AÇIQLAMA 24 Sentyabr 2020, 17:23 Gürcüstan Prezidenti Ceyhun Bayramovu qəbul edib 24 Sentyabr 2020, 17:17 Prezidentdən Ədalət Muradovla bağlı SƏRƏNCAM 24 Sentyabr 2020, 17:11 İqtisad Universitetinin əməkdaşları təltif edildi - SİYAHI 24 Sentyabr 2020, 17:07 Deputat - Tendersiz satınalmalar ŞÜBHƏ YARADIR 24 Sentyabr 2020, 17:02 Prezident Əli Həsənovla bağlı sərəncam İMZALADI 24 Sentyabr 2020, 16:56 İlham Əliyev UNEC-in əməkdaşlarına fəxri adlar verdi - SİYAHI 24 Sentyabr 2020, 16:50 Bu rayonda indiyədək 11 nəfər koronavirusdan ölüb 24 Sentyabr 2020, 16:44 Hərbi hissəyə silahlı basqın edən şəxs ömürlük azadlıqdan məhrum edildi 24 Sentyabr 2020, 16:38 Zelenski Belarusa səfərini ləğv etdi 24 Sentyabr 2020, 16:32 Baş Prokuror ictimai köməkçilərilə görüşdü - FOTO 24 Sentyabr 2020, 16:27