Modern.az

“Proqnozlar real nəticələrlə üst-üstə düşür”

“Proqnozlar real nəticələrlə üst-üstə düşür”

Aktual

11 Avqust 2016, 15:07

“Tələbə Qəbulu üzrə Dövlət Komissiyanın (TQDK) bütün qəbul imtahanlarından əvvəl abituriyentlərin nəticələrinə dair təqdim etdiyi proqnoz imtahanlardan sonra alınmış real nəticələrlə üst-üstə düşür”.

Modern.az-ın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının (DİM) sədri Məleykə Abbaszadə deyib.

 

O bidirib ki, nəticələrin müsbət əldə olunması TQDK-nın apardığı statistik təhlilin elmi əsaslara söykənməsi ilə bağlıdır.

Məleykə Abbaszadə eksternat qaydasında keçirilən buraxılış imtahanları barədə də danışıb:

 

“Qeydiyyatdan keçib məlum səbəbə görə bu imtahanlarda iştirak etməyənlərin sayı ildən ilə çoxalır.

 Bu istiqamətdə problemin aradan qaldırılması üçün fikir mübadiləsi aparılır”.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı