Modern.az

Ceyhun Bayramov Əli Kərimlidən danışdı

Ceyhun Bayramov Əli Kərimlidən danışdı

Ölkə

Bu gün, 11:37

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Politico” jurnalistinin Əli Kərimli ilə bağlı sualına cavab olaraq bildirib ki, müxalifət təmsilçisi olmaq heç kəsi hüquqi məsuliyyətdən azad etmir.

Modern.az xəbər verir ki, XİN rəhbəri bunu Bakıda Almaniyanın xarici işlər naziri Yohan Vadefulla birgə mətbuat brifinqində deyib.

“Politico”nun jurnalisti Əli Kərimlinin həbsi və barəsində aparılan məhkəmə prosesi ilə bağlı Avropada səslənən narahatlıqlara toxunub. O, Bayramovdan bu narahatlıqları və məsələnin Azərbaycandakı investisiya mühitinə mümkün təsiri barədə xəbərdarlıqları necə qiymətləndirdiyini soruşub.

C. Bayramov hər kəsin qanun qarşısında bərabər olduğunu vurğulayıb. Onun sözlərinə görə, hüquqi araşdırma Azərbaycan qanunvericiliyinə uyğun aparılır və məhkəmənin yekun qərarı suallara cavab verəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Təcili xəbər! Mehdiyevdən məhkəməyə etiraz - Nə baş verir?