Modern.az

Fətullah Gülən evlənir - İDDİA

Fətullah Gülən evlənir - İDDİA

Aktual

11 Oktyabr 2016, 11:47

 

Türkiyə mediası Fətullah Gülənin evlənəcəyi ilə bağlı məlumatlar yayıb.

 

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, bu iddia ilə türkiyəli jurnalist Fuat Uğur çıxış edib.

 

Jurnalist bildirib ki, F.Gülən Türkiyədə dövlət çevrilişi baş tutduqdan sonra evlənməyi planlaşdırırmış.

 

Gülən çevriliş cəhdinin uğurlu olacağına əmin olduğu üçün gələcək həyat yoldaşını 6 ay öncədən seçibmiş.

Fuat Uğur deyib ki, artıq Fətullah Gülənin toy hazırlıqlarına başlanılıb.

 

ABŞ-da prezident seçkiləri Gülənin istədiyi kimi olarsa, Hillari Klinton seçilərsə o bu ölkədə evlənəcək.

 

Yox əgər Donald Tramp prezident olarsa, Fətullah Gülən sığınacaq üçün müraciət edəcəyi üçüncü ölkədə evlənəcək.

 

Ağa AKİFOĞLU

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı