Modern.az

“Nəqliyyat agenti” yaradılır

“Nəqliyyat agenti” yaradılır

Aktual

11 Oktyabr 2016, 15:58

Tezliklə Bakı Nəqliyyat Agentliyinin (BNA) "Nəqliyyat agenti" adlı yeni online layihəsi həm yeni yaradılan Youtube kanalımız, həm də “Facebook” səhifəmiz vasitəsilə təqdim olunacaq.

 

Bu haqda Modern.az-a Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova məlumat verib.

 

O bildirib ki, reallaşacaq layihədən sonra cavabsız suallar qalmayacaq:

 

“Verilişdə qonaq olan ekspertlərimiz həftə ərzində sizdən daxil olan sualları cavablandıracaq, şikayətlərə münasibət bildirəcəklər. Suallarınızı verilişin anonsu ilə bağlı yerləşdirmələrin şərh bölməsinə əlavə edə bilərsiniz. Anonim sorğularınızı daxili inboxumuza göndərə bilərsiniz. Heç bir sualınız cavabsız qalmayacaq”.

 

Gülşən RAUFQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi