Modern.az

Keçmiş yüksək vəzifəli məmurun qardaşı özünü güllələdi

Keçmiş yüksək vəzifəli məmurun qardaşı özünü güllələdi

Aktual

14 Dekabr 2016, 14:10

Ermənistan Milli Təhlükəsizlik Xidməti direktorunun keçmiş müavini Romik Arutyunyanın qardaşı Robert Arutyunyan intihar edib.

Modern.az Ermənistan mediasına istinadən bildirir ki, onun başında güllə yarası olan meyiti Yerevanda “Rəssamlar ittifaqı”ının binasında yerləşən oteldə aşkarlanıb.

 

Binanın təhlükəsizlik xidməti onun meyitini tapanda əlində “GLOCK 19” MAY289 tapançası olub.

Qeyd edək ki, Romik Arutyunyan vəzifəsindən 2014-vü ilin yanvar ayında çıxarılıb. 

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...