Modern.az

Putinin Yaponiya səfəri başlayıb

Putinin Yaponiya səfəri başlayıb

Aktual

15 Dekabr 2016, 12:31

Rusiya prezidenti Vladimir Putin Yaponiyaya rəsmi səfərə başlayıb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, prezident təyyarəsi Yamaquti-Ube aeroportunda eniş edib.

Aeroportdan birbaşa olaraq baş nazir Sintze Abenin iqamətgahına gedəcək Putin hökumət rəhbəri ilə görüş keçirəcək.

Dekabrın 16-na qədər davam edəcək səfər çərçivəsində Rusiya rəhbəri Tokio ilə yanaşı, Naqato şəhərini də ziyarət edəcək.

 

Vüqar İSMAYILOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!