Modern.az

Tibb Baş İdarəsində ABŞ-lı nümayəndələrlə görüş olub

Tibb Baş İdarəsində ABŞ-lı nümayəndələrlə görüş olub

Aktual

15 Dekabr 2016, 19:06

Dekabrın 15-də Tibb Baş İdarəsində ABŞ Müdafiə Departamentinin Təhlükənin Azaldılması ofisinin (TAMA) direktoru xanım Elizabet Corcun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Hərbi təbabət sahəsində hazırkı əməkdaşlığın və perspektivlərin müzakirə olunduğu görüşdə Azərbaycan ilə ABŞ arasında Birgə Bioloji Əməkdaşlıq proqramının icrası yüksək qiymətləndirilib.
Tibb Baş İdarəsinin rəisi tibb xidməti general-mayoru Natiq Əliyev əməkdaşlığın hazırkı səviyyəsindən razılığını bildirib. Əməkdaşlıq çərçivəsində keçirilən treninqlərin vacibliyindən danışan idarə rəisi biotəhlükəsizlik və biomüdafiə sahələrində də təcrübə mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı