Modern.az

Qar sürücüləri yollarda qoydu - VİDEO

Qar sürücüləri yollarda qoydu - VİDEO

Aktual

15 Dekabr 2016, 20:50

Gecə saatlarından şimal-qərb bölgəsinə də yağmağa başlayan qar bəzi çətinliklər yaradıb. Modern.az saytı xəbər verir ki, ARB-nin məlumatına görə, İsmayıllıya 10-15 santimetr hündürlükdə qar yağıb. Nəticədə Muğanlı-İsmayıllı avtomagistralının dağlıq ərazilərindən keçən hissəsində və Muğanlı dolaylarında sürücülər çətin anlar yaşayıb.

 

Hazırda qarın fəsadlarının aradan qaldırılması üçün tədbirlər görülür. Avtomobillərin intensiv hərəkətini təmin etmək məqsədilə İsmayıllı rayon 9 saylı Yol İstismar İdarəsinin ağır texnikası və işçi qüvvəsi dolaylara cəlb olunub. Yolun hərəkət hissəsi qardan təmizlənib, qum və duz səpilir. Hazırda gediş-gəlişdə heç bir problem yaşanmır.

 

Üç növbəli iş rejimində çalışan idarə işçiləri avtomobillərin təhlükəsizliyi üçün əllərindən gələni edirlər. İdarənin balansında kifayət qədər qum, duz, yanacaq ehtiyatı var.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...