Modern.az

Obama: "Rusiyaya zamanında və yerində cavab veriləcək"

Obama: "Rusiyaya zamanında və yerində cavab veriləcək"

Aktual

16 Dekabr 2016, 09:48

Rusiyaya ABŞ-da keçirilmiş prezident seçkilərinə müdaxilə etdiyinə görə cavab veriləcək.

Ölkə.Az xəbər verir ki, bu bəyanatla ABŞ prezidenti Barak Obama çıxış edib.

Obama sadəcə ölkəsinin bu cavab üçün fürsət gözlədiyini deyib.

"Mən hesab edirəm ki, hansısa dövlət bizim seçkilərə müdaxilə edirsə, biz onlara qarşı tədbir görməliyik. Sadəcə ABŞ bu cavabı özü bildiyi zamanda və yerdə verəcək".

Obama bildirib ki, Putin onun nə dediyini yaxşı anlayır.

“Çünki bu barədə birbaşa və açıq mətnlə onun özü ilə danışmışam” deyə Barak Obama bəyan edib.

Xatırladaq ki, ABŞ hökuməti Rusiya xüsusi xidmət orqanlarını bu ölkədə keçirilən seçkilərə müdaxilə etməkdə günahlandırır.

ABŞ rusiyalı xakerlərin demokratlara məxsus məlumatları ictimaiyyətə sızdırmaqda ittiham edir.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı